XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 12:50

Əfqanıstandakı dəhşətli terrorda İran səfiri yaralanıb –Ölənlərin sayı 90 nəfəri keçib

 Əfqanıstanın paytaxtı Kabildə Prezident sarayı və Almaniya ilə İranın səfirlikləri yanında baş verən güclü partlayış nəticəsində İran səfiri də yaralanıb.

Bu barədə İranın "İatimad" qəzetinə istinadən "Erem Nyuz" xəbər portalı məlumat yayıb: "İran səfiri Momammat Reda Bərhami yaralanıb, səfirliyin binası ciddi zədə alıb", – nəşr İran qəzetindən sitat gətirib. Qeyd edilir ki, qalan diplomatlar və səfirliyin başqa əməkdaşları "salamatdır".

Son məlumatlara görə, partlayış nəticəsində 90 nəfər həlak olub və 350-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. Partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və Prezident sarayı yaxınlığında baş verib.