Filippin hökumətinin yaydığı məlumata görə, bu ölkənin Prezidenti Rodriqo Duterte iyunun əvvəllərində Yaponiyaya planlaşdırılan səfərini təxirə salıb. Buna səbəb olaraq Mindanao adasının cənubunda yaraqlılara qarşı keçiriləcək əməliyyat göstərilir.
Filippinin Xarici İşlər Nazirliyi bu barədə məlumatla mayın 30-da çıxış edib. Səfər çərçivəsində R.Duterte Baş nazir Şinzo Abe ilə görüşməyi və Tokio forumlarından birində məruzə ilə çıxış etməyi planlaşdırırdı.
Mayın 23-də Filippin Prezidenti Mindanaoda və onu əhatə edən adalarda hərbi vəziyyət elan edib.
Bu barədə qərar hökumət qoşunları ilə İŞİD qruplaşmasını dəstəkləyən yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra qəbul edilib(azərtac).