XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 14:47

“Türk axını”nın borularını döşəyəcək gəmiİstanbul boğazından keçdi

Rusiya təbii qazını Türkiyəyə çatdıracaq “Türk axını” boru xəttinin dənizaltı hissəsinin inşasını gerçəkləşdirəcək Pioneering Spirit adlı boru döşəyən nəhəng gəmi İstanbul boğazından keçid edib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, İstanbul boğazına səhər saatlarında daxil olan Malta bayraqlı 382 metr uzunluğunda və 124 metr enindəki gəminin Rusiyanın Anapa limanına iyunun 2-də çatması gözlənilir.

Gəminin döşəyəcəyi borular Qara dəniz altından 900 kilometr uzanaraq Trakya sahillərində Türkiyəyə yetişəcək.