XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 08:55

Keniyada 147 nəfərin həyatına son qoymuş terakta görə 5 şübhəli həbs edilib

Hücum nəticəsində 105 nəfər yaralanıb

Keniyanın hüquq-mühafizə orqanları 147 nəfərin ölümünə səbəb olmuş terakta görə beş nəfəri həbs edib.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Cozef Nkaisseri məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 105 nəfər yaralanıb, onların 19-u ağır durumdadır.

Amerikanın CNN telekanalının repertyoru yataqxanada çarpayının altında gizlənmiş bir kişinin aşkarlanmasının şahidi olub. O, tələbə deyildi. Axtarış zamanı sağ qalmış üç tələbə aşkarlanıb. Bir qızı cəsədlərin altından çəkib çıxardıblar, daha bir qız dolabda, bir gənc isə hamam otağında gizlənmişdi.

Həkimlər bildiriblər ki, qurbanların əksəriyyəti peysərə açılmış atəşlə öldürülüb. Həlak olanların 142-si tələbə, 2-si universitetin əməkdaşı və 3-ü mühafizəçidir.

Aprelin 2-də Somalinin “Əl-Qaidə” ilə əlaqəsi olan “Əş-Şəbab” terror qruplaşmasının döyüşçüləri Keniyanın şimal-şərqindəki Qarissa şəhərində universitetin yataqxanasına hücum ediblər. Məlumata görə, terrorçular müsəlmanları buraxıb. Keniyanın hüquq-müfahizə orqanları dörd terrorçunu öldürüb.

“Əş-Şəbab”ın rəhbərlərindən biri olan Mohaməd Mohamud axtarışa verilib. Xüsusi xidmətlər ehtimal edir ki, onun hücumla bağlılığı var. Onun başına görə 215 min dollar mükafat elan olunub.