XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 17:33

Pensiyaya görə anasının cəsədini7 il gizlədib

Fransanın cənub-qərbində yerləşən Landı departamentinin sakini anasının pensiyasını almaq üçün onun cəsədini 7 il dondurucu kamerada saxlayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 50 yaşlı qadın dələduzluqla bağlı jandarmeriyaya çağırılıb. O, dindirilmə zamanı 83 yaşında ölmüş anasının cəsədini indiyədək torpağa basdırmadığını və bağçanın dərinliyində yerləşən dondurucu kamerada saxladığını etiraf edib.

Hazırda yaşlı qadının ölüm səbəbini təyin etmək üçün təhqiqat başlanıb. Yaxın vaxtlarda cəsədin qalıqlarının ekspertizası keçiriləcək.

Mərhumun pensiyasının ayda təxminən 2 min avro həcmində olduğu bildirilir. LCI telekanalının məlumatına əsasən, pensiyaçı qadın 2010-cu ildə dünyasını dəyişib.