XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 16:46

ABŞ-ın atom aviadaşıyıcı iki gəmisi Yapon dənizindətəlim manevrləri keçirəcək

ABŞ Müdafiə Nazirlərinin nümayəndələri bildiriblər ki, “Ronald Reyqan” atom aviadaşıyıcı gəmisi daha bir gəmi ilə birlikdə təlimlərdə iştirak etmək üçün Yapon dənizinə daxil olub.

Koreya yarımadasının yaxınlığında ABŞ-ın iki atom aviadaşıyıcısının iştirakı ilə keçiriləcək həmin təlimlər qeyri-adiliyi ilə fərqlənəcək. Aydındır ki, ABŞ hərbçiləri həmin təlimlərdən Şimali Koreyaya qarşı təzyiqi gücləndirmək üçün istifadə edəcəklər.

“Ronald Reyqan” atom aviadaşıyıcısı Tokionun yaxınlığında yerləşən Yokosuka hərbi bazasını mayın 16-da tərk edərək, Yaponiyanın cənubunda yerləşən dənizdə manevrlər keçirib. Bu aviadaşıyıcının “Carl Vinson” aviadaşıyıcısı ilə birlikdə Koreya yarımadasının yaxınlığındakı sularda təşkil edilən manevrlərdə iştirak edəcəyi bildirilir.

Xəbər verdiyimiz kimi, Şimali Koreya mayın 29-da yeni ballistik raketin sınağını keçirib. ABŞ hökuməti nümayəndələrinin məlumatına görə, bu, yaxın məsafəli “Skad” raketi olub. Bununla yanaşı, daha bir yaxın məsafəli raketin buraxıldığı bildirilir.

Həmin gün ABŞ hərbi-hava qüvvələrinə məxsus B-1 bombardmançı iki təyyarəsi Cənubi Koreyaya məxsus hərbi təyyarələrlə birlikdə Koreya yarımadasının üzərindən uçub(azərtac).