XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 18:15

Səudiyyə Ərəbistanında məktəbdə atışma olub:ölənlər var

KİV-lər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ər-Riyadda özəl məktəblərin birində baş vermiş atəşaçma nəticəsində üç nəfər həlak olub.

Məlumata görə, faciədən bir qədər əvvəl işdən azad edilmiş iraqlı müəllim atəş açmağa başlayıb. Səudiyyəli müəllim, onun fələstinli həmkarı və banqladeşli fəhlə həlak olublar.

Hadisə baş verən zaman təhsil ocağında şagirdlər olmayıb. Bəzi məlumatlara görə, atıcı hələ də binadadır.

Hadisə yerinə hüquq mühafizə orqanların nümayəndələri gəlib(azərtac).