XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

31 May 2017 - 19:39

ABŞ-da təyyarə yanğına görəməcburu eniş etdi

Nyu-Yorkdan San-Fransiskoya uçan "JetBlue" aviaşirkətinin təyyarəsi Miçiqanda məcburi eniş edib. Trend-in məlumatına görə, bu barədə Federal Aviasiya İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, təyyarənin məcbur eniş etməsinə sərnişinlərdən birinin noutbukunda akkumulyatorun alışması səbəb olub.

Təyyarə havada olarkən sərnişinlər göyərtədə tüstü qoxusu hiss ediblər. İnsidentlə əlaqədar pilot dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib.

Göyərtəsində 158 sərnişin olan təyyarə uğurlu eniş edib və dərhal yanğın söndürmə briqadası təyyarəyə yaxınlaşıb.

Məlumatda qeyd olunur ki, təyyarəyə göyərtədəki bu insidentlə bağlı ziyan dəyməyib və təyyarə uçuşuna davam edib.