XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 22:17

Rusiya Moldovanın 5 diplomatını“arzuolunmaz şəxs” elan edib

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşını “arzuolunmaz şəxs” (“persona-non-qrata”) elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Moskva hesab edir ki, Kişineu Rusiyaya münasibətdə fəaliyyətinin səmərəsiz olacağını dərk edəcək”, – Rusiya XİN-nin açıqlamasında vurğulanıb. 
Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb. 

Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını “persona –non-qrata” elan edib.
Xatırladaq ki, Estoniya XİN bir neçə gün əvvəl Rusiyanın ölkədəki baş konsulu və konsulunu “arzuolunmaz şəxs” elan edib.