“İki il əvvəl Suriya Prezidenti Bəşər Əsədlə görüşdük. Ailəsini İrana göndərməyini təklif etdik. Lakin o bu təklifi qəbul etmədi”.
Bu sözləri İranın Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Əbdullahiyan Tehranda Şərif Universitetindəki çıxışı zamanı deyib:
“Bəşər Əsədə ən güclü dəstəyi biz verdik. Son 5 ildə onun hakimiyyətdə qalması üçün əlimizdən gələni etdik. Doğrudur, bu bizə çox baha başa gəldi. Ən yaxşı hərbçilərimiz Suriyada həlak oldu. Əgər bütün bu yardımlarımız olmasaydı, Bəşər Əsəd 2, yaxud 3 ilə hakimiyyətdən gedəcəkdi”.
Axar.az