XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 18:42

“Fransızların yarıdan çoxu yeni prezident Makrona etimad göstərir” –Sorğu

Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir.

Bu, ölkə ərazisində aparılan rəy sorğusu nəticəsində məlum olub.

Sorğuya əsasən, rəyi soruşulanların 57 faizi 3 həftə əvvəl seçilmiş prezidentə etimad göstərir, 38 faiz respondent isə ona etibar etmədiyini deyib.

Bununla belə, E.Makron etimad göstəricilərinə görə əvvəlki prezidentlərdən geri qalır. 1981-ci ildə prezident seçildikdən qısa müddət sonra Fransua Mitterana göstərilən etimad 74 faiz, 1995-ci ildə Jak Şiraka və 2007-ci ildə Nikolya Sarkoziyə 64 faiz səviyyəsində olub/Trend.