ABŞ ətraf mühitin qorunması məsələlərində dünya lideri olaraq qalacaq. Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək, mən bunu təmin etməyə çalışacağam”, – deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
“ABŞ, Tramp administrasiyası dövründə də dünyanın ən təmiz və ətraf mühitə xeyirxahcasına yanaşan ölkə olaraq qalacaq”, – deyə o bildirib və ölkədə sürətli iqtisadi artımın təmin ediləcəyini vəd edib.
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir. (APA)