XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 June 2017 - 08:57

Ağ Ev qarşısında etiraz aksiyası keçirilir –ABŞ-ın Paris sazişindən çıxmasına qarşı

Yüzlərlə amerikalı Ağ Ev qarşısına toplaşaraq, ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına qarşı etiraz aksiyası keçirir. Etirazçılar ABŞ hökumətini qərarı ləğv etməyə çağırıblar. Etirazçılar Paris sazişini dəstəkləyən müxtəlif şüarlar səsləndiriblər.   

ABŞ prezidenti Donald Tramp ötən gün ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.  

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.   (APA)