XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 11:50

Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru:“Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi üzrə təkliflər hazırlamağı tapşırıb”


"ABŞ prezidenti Donald Tramp demək olar, hakimiyyətə gələn kimi Dövlət Departamentinə Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi və Vaşinqton və Moskva arasında münasibətlərin normallaşması üçün digər addımlar atılması üzrə təkliflər işləyib hazırlamağı tapşırıb".

"Report" "Yahoo News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Daniel Frid bildirib.

Onun sözlərinə görə, D.Trampın bu addımlarına həmin zaman hələ Dövlət Departamentində işləyən Barak Obama administrasiyasının əməkdaşları mane olmağa çalışıb.

"Ağ Evdə sanksiyaların birtərəfli ləğv edilməsi barədə ciddi düşünürdülər", – o, vurğulayıb.

D.Frid qeyd edib ki, yeni administrasiyanın işə başladığı ilk həftələrdə səlahiyyətli şəxslər bir neçə dəfə ona "həyəcanlı" zənglər edib və ona Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin qarşısını almaqla bağlı az qala, yalvarıblar.