XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 09:06

ABŞ, Rusiya və Fransa qlobal alyans yaradır – ABŞ-ın məşhur nəşri yazdı

İŞİD terror təşkilatına qarşı qlobal ittifaqın yaranması prosesi tədricən görünməyə başlayır. Bu vaxta qədər bir-birinə qarşı olan ABŞ, Rusiya və Fransa qlobal alyansın yaranması üçün təşəbbüs göstərirlər.  

Bu haqda ABŞ-ın məşhur nəşri “Wall Street Journal” yazıb.  Qəzetin məlumatına görə, sözügedən 3 ölkə arasında terrorizmə qarşı əməkdaşlıq haqqında danışıqlar gedib. İddiaya görə bununla Vaşinqton, Moskva və Paris daha mürəkkəb hərəkətlərin sferasına daxil olublar:

“İŞİD-ə qarşı mübarizə üzrə böyük, vahid koalisiyanın ümumi konturları görünməyə başlayıb. Bunun formalaşması üçün Fransa prezidenti Fransua Olland çağırış edib”.  Məlumata görə, Rusiya Suriyada İŞİD mövqelərinə qarşı qanadlı raketlər tətbiq etməyi nəzərdə tutan qərarı haqqında Amerikaya xəbərdarlıq edib.  “Rusiya bunu “potensial inkişaf əlaməti” adlandırıb. Rusiya Vaşinqtona hava zərbələri haqqında xəbər verib”.

Modern.az