XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 09:07

Fransanın iki təyyarəsi qəfil eniş etdi – Terror xəbərdarlığı

ABŞ-da Fransanın «Air France» aviaşirkətinə məxsus iki təyyarə qəfil eniş edib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarələrin göyərtəsində bomba olduğu ilə bağlı anonim zəng daxil olub. Təyyarələr Birləşmiş Ştatlardan Fransaya uçurmuş.

Anonim zəngdən sonra təyyarələrdən biri (Vaşinqton-Paris reysi) Kanadanın Qalifaks hava limanına, digəri (Los-Anceles-Paris) isə  Solt-Leyk-Sitiyə eniş edib. 

Sərnişinlər təyyarələri tərk edəndən sonra göyərtələrdə axtarış başlayıb.