Parisdəki 13 noyabr terrorundan sonra Kanadada yaşayan naməlum bir şəxs müsəlmanları təhdid edən videomüraciət yayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, videoda maskalı şəxs hökumətin addım atmayacağı təqdirdə hər həftə bir müsəlman və ya ərəb öldürəcəyini bildirib.
«Youtube»dan yığışdırılan videoda həmin şəxs tək olmadığını və bu niyyətini gerçəkləşdirmək üçün ona bir neçə nəfərin kömək edəcəyini bildirib. Kanada polisi bu adamın axtarışlarına başlayıb.