Yaponiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, "Cessna 172" təyyarəsinin göyərtəsində 4 nəfər olub. İnsident Yaponiyanın Toyama rayonunda dağlıq ərazidə baş verib.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri və ekipaj üzvlərinin taleyi məlum deyil.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.