XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 13:10

Fransa qisas almaq üçün Suriya sahillərinə “Şarl de Qoll”u göndərdi
 
Fransa “Şarl de Qoll” bu gün Tulon körfəzindən çıxaraq Aralıq dənzinin şərqinə doğru yol alıb.
 
Avropa.info xəbər verir ki, gəmi İŞİD mövqelərini vurmaq üçün göndərilir. “Şarl de Qoll”un göyərtəsində 26 qırıcı yerləşir. Onlardan 18-i “Rafale”, 8-i “Super Etendard” markalı təyyarədir.  
 
Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Baş Qərargaha fransız fənzi gəmiçiliyi ilə əlaqə saxlamağı və uçuşları koordinasiya etmək əmri vermişdi. O, Suriya sahillərinə gələn fransız hərbçilərlə işləməyin vacibliyini bildirib.