XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 19:48

ABŞ terrorçulara terrorçularlamübarizə üçün silah verir

ABŞ-ın Suriyada terror təşkilatı PYD/PKK-ya terror təşkilatı İŞİD-lə mübarizə üçün yardımları davam edir.

Trend-in "Sputnik"ə istinadən verdiyi xəbərə görə, təxminən 3 həftədə ümumilikdə 218 yük maşını Raqqanın şimalındakı təşkilat üzvlərinə göndərilib.

Məlumatlara görə, dünən gecə sursat daşıyan 70 maşın ABŞ-ın Hasekedeki Rümeylan hərbi hava bazasından yola düşüb.

Mayın 15-dən etibarən isə 218 yük maşını göndərilib. Həftənin əvvəlində ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə PYD/PKK-ya yüngül silahlar və hərbi vasitələr göndərdiyini deyərək İŞİD-lə mübarizə çərçivəsində təşkilatı dəstəkləməyə davam edəcəyini açıqlamışdı.