XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2017 - 20:20

Türkiyə hökumətinin ali müşaviri FETÖ-yə üzvlükdəşübhəli bilinərək həbs edilib

Türkiyənin Nazirlər Kabinetinin ali müşaviri Birol Erdem Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlükdə şübhəli bilinərək həbs edilib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hökumət müşaviri ilə yanaşı onun həyata yoldaşı Gülümser Erdem də tutulub. 

B.Erdemin 2011-2014-cü illərdə Türkiyənin Ədliyyə Nazirliyində müşavir işlədiyi, ondan əvvəl isə ölkənin Məhkəmə hakimləri və Prokurorlar Ali Quruluşunun üzvü olduğu deyilir.