XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 13:11

ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatınabaşlayıb

ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə Suriyada İŞİD terror təşkilatının əsas qalası sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.

Bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb.

B. Yıldırım deyib ki ABŞ Rakka əməliyyatının iyunun 2-dən 3-ə keçən gecə başladığı barədə Türkiyəni məlumatlandırıb. Türkiyənin baş naziri Rakkanın azad edilməsi əməliyyatında PKK terror təşkilatının Suriyaqolu olan PYD/YPG-dən istifadə edildiyini qeyd edib: “ABŞ-ın PYD/YPG ilə əməkdaşlığını məqbul saymadığımız sirr deyil və narahatlığımızı da hər zaman çatdırdıq. ABŞ tərəfi bizə bunun bir seçim deyil, məcburiyyət olduğunu, Rakka əməliyyatından sonra PYD/YPG ilə əlaqələrinin uzun müddət davam etməyəcəyini, bunun taktiki əməkdaşlıq olduğunu bildirdi. Eyni zamanda ABŞ tərəfindən bu əməliyyatla bağlı PYD/YPG-yə verilən silahların xüsusi nəzarətdə olacağına, sonradan Türkiyədə PKK tərəfindən  da istifadə edilməyəcəyinə zəmanət verdilər. Bizim dəyişməyən strategiyamız var. İstər ölkə daxilində, istərsə də ölkədən xaricdə PKK, PYD/YPG İŞİD, DHKP-C bizim üçün eynidir, terror təşkilatlarıdır. Türkiyədə və Türkiyədən xaricdə ölkəmizin. Vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün zəruri addımları atmaqdan çəkinmirik. Bu istiqamətdə keçmişdə addımlar atdıq, zərurət yaranan zaman gələcəkdə də belə addımlar atacağıq”.    (APA)