XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 09:52

Dörd müsəlman dövləti  Qətərlə əlaqələrini kəsdiyini bəyan edib –Qalmaqal

 

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsib.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəb ölkələri bu addımı Qətərin Bəhreyinin daxili işinə qarışdığı üçün atıblar.

"Xinhua" agentliyi qeyd edir ki, Misir həmçinin eyni səbəbə görə Qətərlə diplomatik münasibətlə son qoyub.

Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.

Qeyd edək ki, bu dörd ərəb ölkəsi Qətəri terrorizmi dəstəkləməkdə ittiham edir.

İlk olaraq Bəhreyn Krallığı Qətərlə diplomatik əlaqələri kəsib. Əlaqələrin kəsilməsinin əsəs səbəbi Qətərin Bəhreyinin daxili işinə qarışması olub: "Krallığın daxili işinə qarışdığı, KİV-lərdə təxribat yaratdığı, terrorçulara dəstək verdiyi üçün Qətərlə diplomatik əlaqələri kəsirik" – deyə Bəhreyinin dövlət agentliyi bildirib.