XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

05 İyun 2017 - 15:59

İran prezidentinin köməkçisi:“Qətərin təcrid edilməsi regiondakı vəziyyəti daha da gərginləşdirəcək”

“Ərəb koalisiyasına daxil olan ölkələrin Qətərlə diplomatık əlaqələri kəsərək, onu təcrid etməyə çalışması regiondakı vəziyyəti daha da gərginləşdirəcək”.

Bu fikri İran Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Həmid Əbu-talibi deyib. O bildirib ki, Qətəri təcrid etməyə çalışan dövlətlər öz fikirləri ilə deyil, başqalarının iradəsi ilə hərəkət edirlər və bu, düzgün qərar deyil, sabitliyin bərpasına xidmət etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.