XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 09:58

Baş nazirdən həyəcanlı xəbərdarlıq: «Bunu ehtiyatla dilə gətirirəm»

Fransa baş naziri Manuel Valsdan Parisdəki son terror olayları ilə bağlı həyəcanlı xəbərdarlıq gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Vals terrorçuların bundan sonrakı hücumlarda kimyəvi silahdan istifadə edə biləcəyini deyib: «Heç bir variantı istisna edə bilmərik. Növbəti teraktlarda kimyəvi və bakterioloji silahlardan istifadə edə bilərlər. Mən bunu ehtiyatla dilə gətirirəm. Amma biz bu variantı ağlımızda saxlayır və diqqətimizdən kənara qoymuruq».

Baş nazir təhlükəsizlik tədbirlərinin ən üst səviyyəyə qaldırılması ilə bağlı bütün lazımi təlimatları verdiyini bildirib.