Macarıstandan Misirə uçan təyyarədə bomba olduğu barədə xəbər daxil olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıqdan dərhal sonra təyyarə təcili olaraq Bolqarıstanda eniş etməli olub.
Bolqarıstan rəsmiləri bildiriblər ki, ekipaj üzvlərinə təyyarənin partlayacağı barədə xəbər daxil olan kimi kapitan dərhal eniş etmək barədə qərar verib.
Varşava-Xurqadu reysi ilə uçan təyyarədə bomba olduğunu 64 yaşlı sərnişin xəbər verib. Enişdən dərhal sonra sərnişinlər təxliyyə olunub. Hava limanı qapadılıb, əraziyə xeyli sayda polis əməkdaşı və təhlükəsizlik qüvvələri cəlb olunub.
Hazırda təyyarədə axtarış aparılır və bomba xəbərdarlığını edən sərnişin polis tərəfindən dindirilir.