XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2015 - 18:49

Lavrov Türkiyəyə xəbərdarlıq etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.
Lavrov bildirib ki, Türkiyənin nümayəndə heyəti Ukraynadan ərazisindən Krıma səfər edə bilməz: Biz Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdı. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir. Krım respublikasına səfər etmək üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilməlidir”.
Nazir onu da bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi Türkiyə tərəfinə çatdırılıb: “Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir”.