XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 10:12

ABŞ-ın aviadaşıyıcı gəmiləriYapon dənizini tərk edib

ABŞ-ın “Carl Vinson” və “Ronald Reagan” aviadaşıyıcı gəmiləri üçgünlük təlimləri başa vuraraq, Yapon dənizini tərk ediblər. Bu barədə NHK telekanalı məlumat yayıb.

Aviadaşıyıcı gəmilər üç həftə bundan əvvəl, Şimali Koreyanın üç ballistik raket sınağından sonra Yapon dənizində birgə təlimlərdə iştirak ediblər. Təlimlər başa çatdıqdan sonra bu gəmilər Yapon dənizini tərk ediblər. “Carl Vinson” gəmisi dislokasiya yerinə, Kaliforniyadakı San-Dieqo limanına, “Ronald Reagan” gəmisi isə ABŞ-ın Tokionun yaxınlığındakı Yokosuke bazasına yollanıb.

Sakit okeanın qərbində patrul xidmətini “Carl Vinson” gəmisinin əvəzinə “Nimits” aviadaşıyıcısı yerinə yetirəcək. “Nimits”in iyulda Hind okeanına gedərək burada Hindistan və Yaponiya silahlı qüvvələri ilə birlikdə hərbi təlimlərə qatılacağı, bundan sonra Fars körfəzinə yollanacağı bildirilir.

Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Koreya yarımadasında vəziyyət gərginləşəcəyi təqdirdə bu gəmi hər an marşrutunu dəyişə bilər(azərtac).