XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

06 İyun 2017 - 10:19

İran Qətərə köməklikgöstərməyə hazırdır

İran Qətərə hərtərəfli kömək etməyə hazırdır. Rəsmi Tehran kənd təsərrüfatı malları ilə yanaşı, Qətərə sənaye məhsulları da ixrac edə bilər.

Bu sözləri İranın sənaye məhsulları ixracatçıları təşkilatının rəhbəri Rza Nurani deyib. O bildirib ki, İranın ərzaq istehsalı potensialı kifayət qədər yüksəkdir və Qətərə köməklik göstərə bilər.

Yerli mətbuatın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 5-də Türkiyə, İraq, Tunis, İndoneziya və Əmmandan olan həmkarları ilə telefon söhbətləri aparıb. Bu söhbətlər zamanı bölgədəki vəziyyət və Qətərə köməklik məsələləri müzakirə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.

Bu qərardan sonra adı çəkilən dövlətlər öz ərazilərindən Qətərə hər növ məhsul ixracını da qadağan ediblər(azərtac).