XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 11:51

Barak Obama: “ABŞ İrandan neft alışını azlatmayacağı barədə öhdəlik götürüb”

 

Obama_1.jpg

 

Vaşinqton İrandan neft alışının həcminin azaltmaq niyyətində deyil. ABŞ  İranın neft ixracatı həcminin 2013-cü ildə olduğu miqdarda saxlanılmasına sadiqdir.

Strateq.az bildirir ki, bu sözləri ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə, İranın nüvə məsələsi ilə  bağlı 2013-cü ilin noyabrında əldə edilən müvəqqəti anlaşmaya əsasən Amerika İrandan neft alışı miqdarının dəyişdirməyəcəyi  barədə üzərinə öhdəlik götürüb. Buna görə də ABŞ hökuməti İrandan neft alışı miqdarının azaldılması fikrində deyil.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası bəzi ölkələr ilə birlikdə İrana qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar İran ilə nüvə əməkdaşlığını və silah ticarətini habelə, İranın neft və dərman sənayesi sektoruna xarici sərmayənin qoyulmasını qadağan edirdi.