XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 11:20

İrandan Fars körfəzi ölkələrindəkigərginliyə reaksiya

İran Fars körfəzinin cənubundə yerləşən ölkələrin arasında baş verən gərginlikdən narahatdır.

Bu sözləri İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi keçirdiyi mətbuat konfransında deyib.

B.Qasemi bildirib ki, İran Fars körfəzi dövlətlərini emosiyalara üstünlük verməməyə və yaranmış ixtilafı danışıqlar yolu ilə həll etməyə çağırır. Onsuzda bölgədə vəziyyət gərgindir. Yeni ixtilafların yaranması isə bu gərginliyi daha da qızışdıracaq. Buna görə də ərəb dövlətləri yaranmış münaqişəni diplomatık yolla həll etməlidirlər.

İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, regionda radikal dini cərəyanların və beynəlxalq terrorçuluğun sabitliyi pozduğu bir zamanda Qətər ilə digər ərəb dövlətləri arasında münasibətlərin pozulması heç də sülhün bərpasına xidmət etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.

Bu qərardan sonra adı çəkilən dövlətlər öz ərazilərindən Qətərə hər növ məhsul ixracını da qadağan ediblər(azərtac).