XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 12:01

Avstraliya aeroportundabomba həyəcanı

Avstraliyanın Olberi şəhərinin aeroportunda laynerin ayaqyolusundan göyərtəyə bomba yerləşdirildiyi barədə qeyd tapıldıqdan sonra sərnişinlər təyyarədən tullanaraq qaçmağa başlayıblar.

Azərtac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, insidentin ardından göyərtəsində 42 sərnişinin olduğu təyyarə təxliyə olunub, 1 nəfər həbs edilib.

Polis nümayəndəsinin sözlərinə görə, axtarışdan sonra heç bir bomba və ya digər təhlükə aşkar olunmayıb.

Bir qədər əvvəl isə Melburnun Brayton rayonunda partlayış baş verdiyi və atəş açıldığı, sonra isə naməlum şəxsin bir qadını girov götürdüyü bildirilib. Keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar öldürülüb, girov qadın azad olunub. Polis hadisəni terror adlandırıb.