XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 12:18

Quterriş:"2050-ci ildə okeanda plastik zibillər balıqlardan çox olacaq"

BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Dünya Okeanı Konfransı” başlayıb.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, konfransın ilk iclasına BMT-nin Baş katibi Antonio Quterrişlə birgə təxminən 200 ölkənin dövlət və hökumət başçıları və ətraf mühit fəalları qatılıb.

Quterriş okeanları qorumaq və onlardan səmərəli istifadə etməyin həyatın özünü qorumaq qədər önəmli olduğunu bildirib. Onun sözlərinə görə, əgər okeanlar qorunmasa 2050-ci ilə qədər çevrəyə atılan plastik zibillər balıqların sayından çox olacaq.

Boliviyanın dövlət başçısı Evo Morales və iclasın bir çox iştirakçısı keçən həftə ABŞ-ın “Paris İqlim Sazişindən” çıxacağını bildirən Prezident Donald Trampın qərarını tənqid edib.