XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 15:36

Londonda terror hücumu barədə işdəyeni təfərrüatlar məlum olub

Böyük Britaniyanın paytaxtı London şəhərindəki hücumu həyata keçirən terrorçulardan biri – əvvəllər britaniyalı ekstremistlər barədə sənədli filimdə görünən şəxs paytaxt metrosunda işləyib və onun Parlament binasının altından keçən tunelə giriş imkanı olub.

Azərtac “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, “Westminster” və “Canada Water” stansiyalarında çalışan 27 yaşlı Xuram Şazad Batt sonradan intizamsızlığa görə işdən azad edilib.

Xatırladaq ki, iyunun 3-də axşam saatlarında London körpüsündə bıçaqla silahlanmış 3 terrorçu avtomobili insanların üzərinə sürüb. Sonra onlar avtomobildən çıxaraq küçədən keçən insanlara bıçaqla hücum ediblər. Polis terrorçuları çağırışdan sonra 8 dəqiqə ərzində zərərsizləşdirə bilib. Hadisə nəticəsində 7 nəfər həlak olub, 48 nəfər yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.

Bu vaxtadək terror aktında şübhəli bilinən 12 nəfər, o cümlədən 4 qadın polis tərəfindən saxlanılıb.