XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2017 - 21:35

ABŞ helikopterləri və dəniz piyadaları korpusu terrorçulara qarşı əməliyyata qoşuldu –Raqqada

Suriyanın Raqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında ABŞ helikopterləri və dəniz piyadaları korpusunun birləşmələri iştirak edirlər.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Pentaqonun nümayəndəsi Ceff Devis bildirib.

Onun sözlərinə görə, əməliyyatlarda  əsasən “Apache” hücum helikopterləri iştirak edir.

Bundan əvvəl bildirilmişdi ki, Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Rəqqa şəhərinə daxil olublar.

Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.

Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.