XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 22:04

Yəməndə qorxulu xəstəlikdən ölənlərin sayı –700-ə çatır

Yəməndə tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı artmaqda davam edir.

Strateq.az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb və acınacaqlı statistikanı təsdiqləyib.

Belə ki, son statistik məlumata görə, ölkədə 86,4 min vəbaya tutulma faktı qeydə alınıb ki, bunun da 681-i ölümlə nəticələnib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.