XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 10:10

“Quş qripi”nə görə 120 min toyuq və ördəkməhv edilir

Cənubi Koreyanın karantin qurumu Cecu adasında “quş qripi” virusuna görə 120 min toyuğun və ördəyin məhv edilməsinə başlayıb.

Yonhap agentliyi Cecu vilayət hakimiyyətinə istinadla xəbər verir ki, 26 fermada həyata keçirilən proses “quş qripi” virusuna dair elan edilmiş ən yüksək həddə xəbərdarlıqla əlaqədardır.

Ötən cümə günü Cecu adasındakı quşçuluq fermalarından birində toyuqlarda “quş qripi” virusu aşkar ediləndən bəri ölkə üzrə 38 min toyuq və ördək məhv edilib ki, bunun da 10400-ü Cecu adasının payına düşüb. Ötən ilin noyabrından bəri isə ölkə üzrə 30 milyondan çox quş sözügedən virusa görə məhv edilib(azərtac).