İran parlamentində atışma olub.
ISNA agentliyi xəbər verir ki, naməlum silahlı şəxs parlamentin binasına daxil olaraq mühafizəçilərə nizamsız atəş açıb. O, hələ də zərərsizləşdirilməyib. 3 nəfər xəsarət alıb.
İran parlamentində naməlum şəxs və ya şəxslərin atəş açdığı bir vaxtda Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində də silah səsləri eşidilib. Yerli KİV-lər məqəbərədə bir nəfərin atəş açdığını yazır.