XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyun 2017 - 11:19

Tramp Səudiyyə kralı ilədanışdı

ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud arasında telefon danışığı olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, söhbət zamanı D.Tramp Fars körfəzi ölkələrinin birliyinin vacibliyini qeyd edib.
 
“ABŞ prezidentinin çağırışı ondan ibarət olub ki, ekstremist ideologiya və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün regionda birliyin təmin olunması zəruridir. Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Fars körfəzi ölkələri arasında birlik olmalıdır”, – deyə Ağ Ev nümayəndəsi bildirib.
 
Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək,  Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.