XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

07 İyun 2017 - 13:52

Türkmənistan:“sosial cənnətin” sonu

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov respublika sakinləri üçün hazırda qüvvədə olan sosial imtiyazlar sistemini effektsiz sayıb və onu aradan qaldırmağı təklif edib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, prezident müvafiq bəyanatı hökumətin iclasında səsləndirib.

“Hazırda imtiyazlar sisteminin effektini tamamilə itirməsi faktı aşkar şəkildə görünür. Biz artıq bu barədə dəfələrlə söz açmışıq. Buna görə də vitse-prezident Başımmırat Xocaməmmədov yaxın zamanlarda bütün imtiyazların ləğvi, yəni onların hər kəsə deyil, yalnız həqiqətən də sosial yardıma ehtiyacı olanlara verilməsi barədə təkliflərinizi hazırlamağı tapşırıb”, – Türkmənistan Dövlət İnformasiya Agentliyi dövlət başçısının bu sözlərini sitat gətirib.

Türkmənistanın ilk prezidenti Saparmurad Niyazov 1993-cü ildə vətəndaşlar üçün sosial imtiyazlar tətbiq edib. Bu imtiyazlara əsasən ölkə əhalisi o vaxtdan bəri su, qaz və elektrik enerjisini pulsuz əldə edirdi.