XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 13:56

Tehranda terror aktlarından sonra 35 nəfərxəstəxanalara yerləşdirilib

İranın paytaxtı Tehranda baş vermiş silahlı hücumlardan sonra ümumilikdə 35 nəfər xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, bu gün silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.

Bundan başqa, Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hazırda parlamentin binasında atışma dayanıb.

Təhlükəsizlik orqanları əməkdaşlarının terrorçulara qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir.