XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 14:35

Almaniya “İncirlik” bazasındanhərbi kontingentini çıxarır

Almaniya Nazirlər Kabineti Türkiyədə yerləşən “İncirlik” hərbi bazasından çıxmaq barədə planı təsdiqləyib.

Azərtac Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Almaniya hökumətinin qəbul etdiyi plan 260 əsgərin və “Tornado” tipli təyyarələrin “İncirlik” hərbi aerodromundan geri çəkilməsini nəzərdə tutur.

Xatırladaq ki, Türkiyə bir müddət əvvəl Almaniyanın deputatlar qrupunu “İncirlik” hərbi bazasına buraxmayıb. Buna cavab olaraq Almaniya kansleri Angela Merkel AFR-in hərbi kontingentinin Türkiyədəki “İncirlik” hərbi bazasından qonşu ölkələrə köçürülməsi üçün alternativ axtarmağa davam edəcəyini deyib.

“İncirlik” ABŞ və NATO-nun regionda əsas hərbi bazalarından biridir. Burada İŞİD qruplaşmasına qarşı hava əməliyyatlarında iştirak edən beynəlxalq koalisiyanın təyyarələri yerləşir. Almaniya hərbçiləri bu əməliyyatlarda NATO-nun AWACS radiolokasiya kəşfiyyatı təyyarələri üçün ekipaj formalaşdırılmasına cəlb olunub.

Ankara Bundestaqın bir neçə deputatını PKK qruplaşması ilə əlaqədə günahlandırır. Türkiyə tərəfı almaniyalı deputatların “İncirlik” hərbi bazasına buraxılmaması barədə qərarını ilk növbədə bununla əsaslandırır.