XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 14:55

Fransada terrorizmlə mübarizəmərkəzi yaradılır

Bu gün Fransanın Təhlükəsizlik Şurası ölkədə terrorizmlə mübarizə üzrə milli mərkəz yaradılması haqqında layihəni təsdiqləyib.

Azərtac xəbər verir ki, Reuters agentliyi bu barədə Fransa Prezidenti Emmanuel Makronun əhatəsindəki mənbəyə istinadla məlumat yayib.

Makron belə bir mərkəz yaradılması təşəbbüsü ilə seçki kampaniyasının gedişində çıxış etmişdi. Dövlət başçısının ingiliscə Task Force adlandırdığı operativ qrup mütəxəssislərin və analitiklərin işini koordinasiya etməlidir. O, özündə çoxsaylı təşkilatların – DİN, Müdafiə Nazirliyi, kəşfiyyat xidməti, nəqliyyat, səhiyyə, təhsil nazirlikləri və digər qurumların onlarla nümayəndəsini birləşdirəcək və birbaşa prezidentə tabe olacaq.