XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 16:07

“Borussiya” yeni baş məşqçisinin adınırəsmən açıqlayıb

“Borussiya” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Azərtac xəbər verir ki, Dortmund klubunun yaydığı xəbərə görə, bu vəzifəyə Peter Bos təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.

Peter Bos ötən mövsüm “Ayaks”ı çalışdırıb və komandanı Avropa liqasının finalına qədər daşıyıb. “Borussiya” “Ayaks”a 3 milyon avro təzminat ödəyəcək. Bosun özü isə 4 milyon avro məvacib alacaq.

Xatırladaq ki, Tuxelin gedişindən sonra komandaya Lüsyen Favrın gəlişi söylənilsə də “Nitsa” onu buraxmayıb.