XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 16:19

Dubayda tibbi turizmin gəlirləri380 milyon dollara çatıb

Dubay Səhiyyə İdarəsinin (DHA) məlumatına görə, 2016-cı ildə tibbi turizm Dubaya təqribən 1,421 milyard dirhəm (386,8 milyon dollar) məbləğində gəlir gətirib, halbuki 2015-ci ildə müvafiq göstərici 1,4 milyard dirhəm (381,2 milyon dollar) təşkil edib. Müalicə məqsədi ilə gələn turistlərin sayı artaraq 9,5 faizə çatıb və 326640 adam təşkil edib.

BƏƏ-nin «Zawya» nəşri DHA-nın Tibbi Turizm Şurasının direktoru, doktor Leyla Al-Marzukiyə istinadla yazır ki, Dubayın sərəncamında olan tibbi xidmət təkliflərinin geniş spektri Əmirliyi populyar müalicəvi turizm məkanına çevirib”. Onun sözlərinə görə, Dubayın tibb ocaqlarında müalicə olunan turistlərin yaşı 25-45 civarındadır. Onların 27 faizi asiyalı, 31 faizi ərəb və 15 faizi avropalıdır. L.Al-Mazruki vurğulayıb: “DHA strategiyası Əmirliyin rəqabətə davamlılığının artmasına, dünyanın tibbi turizm arenasında onun mövqelərinin möhkəmlənməsinə və 2020-ci ilə qədər 500 mindən çox tibbi turist cəlb etmək məqsədinə əsaslanır”(azərtac).