XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 16:41

Dubay əmirinin karateçi qızından gözlənilməz jest:  Şeyxə Maitha Qətəri  dəstəklədi –FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Qətərin yürütdüyü siyasətlə həmrəy olduğunu bildirən hər kəsi cəzalandırmaq və 3-15 il müddətində həbs cəzasına məhkum etmək niyyətində olduğunu açıqlayıb.

BƏƏ KİV-ləri ölkənin baş prokuroru Həmad Saif əş-Şəmsiyə istinadla xəbər verirlər ki, bu qadağanı pozanları 500 min dirhəmdən (təqribən 135 min ABŞ dolları) başlayan məbləğdə cərimə gözləyir. Baş prokuror deyib: “Qətərlə həmrəyliyini bildirənlər və ona qeyri-obyektiv yanaşanlar, habelə istər sosial şəbəkələrdə, istərsə də hər hansı digər yazılı, vizual və şifahi formada BƏƏ-nin mövqeyinə qarşı çıxanlar barəsində ciddi və qəti addımlar atılacaq”.

 Amma BƏƏ-nin baş naziri və birinci vitse-prezidenti, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Məktumun mərakeşli xanımından olan qızı Şeyxə Maitha Qətərə olan sevgisini gizlədə bilməyib. O, şəxsi instaqram səhifəsində Körfəz ölkələrinin bayraqları arasında Qətər Dövlətinin də bayrağı yer alan şəkil paylaşaraq ürək işarəsi verib.

Xatırladaq ki, Şeyxə Maitha Dubayda yaşayır, karate və taekvondo üzrə peşəkar idmançıdır. 2006-cı ildə Asiya Oyunlarında BƏƏ təmsil edib, karate üzrə keçirilən yarışda qadınlar arasında 60 kiloqramlıq çəki dərəcəsində çıxış edərək gümüş medal qazanıb.  2008- ci ilin martında BƏƏ Milli Olimpiya Komitəsi 2008-ci İl Yay Olimpiya Oyunlarında Şeyx Maitha-nın iştirakını açıqlamışdı. O, qadınlar arasında taekvondo üzrə 67 kq çəki dərəcəsində iştirak edib.

SƏMLA

Strateq.az