XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 18:37

İranlı deputat Tehranda baş vermişteraktdan danışdı

Tehranda baş vermiş terror aktları insanların kor-koranə güllələnməsi idi.

Bunu Trend-ə İran parlamentinin tədqiqat mərkəzinin rəhbəri Kazım Cəlali deyib.

Onun sözlərinə görə, hazırda bütün dünya terror hücumları ilə üz-üzədir və buna qarşı hər hansı bir ciddi ümumi hazırlıq mövcud deyil.

Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.