XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 İyun 2017 - 19:18

Dünyada ən tutumlu batareya ilə təchiz edilmiş smartfonsatışa çıxarılıb

Çinin “OUKITEL” şirkəti yeni “K10000 Pro” smartfonunu təqdim edib.

“K10000 Pro” smartfonunda akkumulyator batareyasının tutumu adından göründüyü kimi, 10 min milliamper/saat təşkil edir. Bu o deməkdir ki, gözləmə rejimində smartfon 770 saatadək və ya 33 gün işləyə bilir. Güclü adapter sayəsində 2,5 saat ərzində aparatın akkumulyatorunu 100 faiz səviyyəsində enerji ilə doldurmaq olar.

Azərtac “hi-news.ru” saytına istinadən xəbər verir ki, “K10000 Pro”, həmçinin istifadəçiləri öz görünüşü və məhsuldarlığı ilə heyrətləndirir. Smartfon təbii buzov dərisindən işlənib və metal korpusa malikdir, 3 giqabayt əməli yaddaş, “ARM Mali-T860” qrafik çipi və səkkiznüvəli “MT6750T” prosessoru ilə təchiz edilib.

“OUKITEL K10000 Pro” smartfonunun qiyməti 219,99 dollardır, aksiya çərçivəsində 179,99 dollara satın almaq olar.