XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2017 - 20:05

İranın xarici işlər naziriTürkiyəyə gedib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ankaraya səfər edib.

Trend-in məlumatına görə, səfər zamanı nazir türkiyəli həmkarı ilə Qətər böhranını və digər regional məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.