Yaponiyada ABŞ-a məxsus F/A-18 qırıcı-bombardmançı təyyarə qəza enişi edib. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Yaponiyanın Yamaquçi prefekturasındakı İvakuni hərbi bazasının qeydiyyatında olan təyyarə özünümüdafiə qüvvələrinin Matsuşima bazasında məcburi eniş edib. Qəza enişinə səbəb kimi mühərrikdəki nasazlıq göstərilir.
Təyyarənin enişi zamanı heç kim xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.